Zaqatala sakini Bakıda FACİƏLİ şəkildə öldü

Zaqatala sakini Bakıda  FACİƏLİ  şəkildə öldü<span class="qirmizi"></span>

Abşeronda usta faciəvi şəkildə ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Zaqatala rayon sakini, 58 yaşlı İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az