Özbəkistandakı etirazlar zamanı ölənlərin sayı açıqlandı

Özbəkistandakı etirazlar zamanı ölənlərin sayı açıqlandı<span class="qirmizi"></span>

Özbəkistan hökuməti Qaraqalpaqıstan muxtar vilayətində keçirilən etirazlar zamanı 18 nəfərin öldüyünü açıqlayıb.

Ednews xəbər verir ki, açıqlamada həmçinin 243 nəfərin yaralandığı, onlardan 94-nün xəstəxanada müalicə olunduğu bildirib.

Qeyd edək ki, mediaya çıxışın və internet bağlantısının ciddi şəkildə məhdudlaşdırıldığı bölgələrdə can itkisinin daha çox ola biləcəyi vurğulanıb.

Özbəkistan mərkəzi hökuməti Sovet İttifaqının dağılmasından sonra Qaraqalpaq Muxtar Respublikasına müstəqillik hüququ verən konstitusiya müddəasını ləğv edən dəyişiklik layihəsi hazırlayıb.

Bu addım ötən cümə günü çoxsaylı etirazlara səbəb olsa da, Özbəkistan hərbçiləri küçədəki etiraz çıxışlarına müdaxilə edib.

Mənbə: ednews.net