Ağcabədidə istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar edilib

Ağcabədidə istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik müfəttişləri tərəfindən polis əməkdaşları ilə birgə Ağcəbədi rayonu, Taxta Körpü ərazisində Şirvan şəhər sakini Tağıyev Mahir Mirzəmməd oğluna məxsus 54-BG-774 dövlət qeydiyyat nişanlı, “GAZ 330202-740” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

İlkin araşdırma nəticəsində inək cəmdəyinin istehlaka yararsız olduğu və aqoniya halında kəsildiyi məlum olub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya gəmiləri “Kalibr”ləri atışa hazırlayır

SONRAKI XƏBƏR

Liqa 1 təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib