Ruslar Xarkovda daha bir məktəbi raketlə vurdular

İyulun 5-nə keçən gecə rus qoşunları Xarkovda məktəbə raket zərbəsi endirib, xəsarət alan olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sınaqubov məlumat yayıb.

"Düşmən Xarkov şəhərinin Saltiv rayonundakı təhsil müəssisələrindən birinə raket zərbəsi endirib. Bina qismən zədələnib. Xoşbəxtlikdən ərazidə bir mühafizəçi olub, itki yoxdur”, - Sınaqubov bildirib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bayramovu İrana aparan səbəblər, siyasi mövzularda qırılma, Bakı ilə Tehranın müştərək maraqları

SONRAKI XƏBƏR

Marketlərdə şəkər tozu qıtlığı: Qiymət artımına hazırlıq gedir? - VİDEO