İranda 37 nəfər vəbaya yoluxub

 

İranda 37 nəfər vəba xəstəliyinə yoluxub.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qida və Su ilə Bulaşan Xəstəliklər Şöbəsinin müdiri Meryem Mesudifer İRNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, hazırda heç bir ölüm faktı qeydə alınmayıb.

Şöbə müdirinin sözlərinə görə, bu xəstəliyə təmiz içməli suya çıxışda çətinlik, düzgün kanalizasiya sisteminin olmaması səbəb olur və çox yoluxucudur. Bəzi hallarda vəba yoluxanların ölümünə səbəb ola bilər.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb

SONRAKI XƏBƏR

Rusiyanın Ermənistandakı səfirliyi Kanadanın İrəvanda səfirliyinin açılmasına sərt reaksiya verib