İyulun 5-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Rüfət Məmiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media