Ağstafada avtomobil piyadanı vurub

Ağstafada avtomobil piyadanı vurub<span class="qirmizi"></span>

 

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də gecə saat 1 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Qazax şəhər sakini E.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Hayqaz Musayevi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mənbə: azertag.az