Kənddə 69 yaşlı kişini maşın vurub öldürdü

Kənddə 69 yaşlı kişini  maşın vurub öldürdü<span class="qirmizi"></span>

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Havarlı kəndində baş verib. 25 yaşlı Mingəçevir şəhər sakini Quliyev Ziyəddin Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada 69 yaşlı həmyerlisi Məmmədzadə Vaqif Çələbi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az