Bakıda avtobus "MMX" dirəyinə çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Ölkə.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, 6 mikrorayon ərazisində qeydə alınıb.

26 saylı marşrut xətti ilə hərəkət edən avtobus idarəetməni itirərək səkiyə çıxıb. Bundan əlavə beton maneyə və müşahidə kamerasının (MMX) dirəyinə çırpılıb.

Xəsarət alanların olmadığı bildirilir.

Fidan
Ölkə.Az

 

 

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Türkiyənin mesajından sonra hərəkətə keçdi - Bölgəyə hərbi qüvvə göndərdi

SONRAKI XƏBƏR

İranın Türkiyə əleyhinə bəyanatı… - Ağar