Xırdalanda Türkiyə vətəndaşları kirayə qaldıqları evi qarət etdilər

Xırdalanda Türkiyə vətəndaşları kirayə qaldıqları evi qarət etdilər<span class="qirmizi"></span>

Abşeronda ev qarət olunub.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər ərazisində kirayədə qalan Türkiyə vətəndaşları həmin evi qarət ediblər.

Zərərçəkən ev sahibinin sosial şəbəkə hesabında bildirdiyinə görə, kirayəşinlər evdə nə varsa aparıblar.

Onların səyyar şəkildə yorğan-döşək satdıqları bildirilir.

Mənbə: lent.az