DİN-dən baltalı şəxslə bağlı açıqlama - VİDEO

DİN-dən baltalı şəxslə bağlı açıqlama -  <span class="qirmizi">VİDEO</span>

Hələlik həmin şəxsin kimliyi və hadisənin hansı metrostansiyada baş verməsi haqda dəqiq məlumat yoxdur. Bu istiqamətdə hazırda araşdırma aparılır.

Bu sözləri Axar.az-a Bakı metrosunda əlində balta olduğu və cinsi azlıqları ölümlə hədələyən şəxs haqqında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Qeyd edək ki, görüntülərlə bağlı metropoliten açıqlama verməyib və mövzu ilə bağlı DİN-ə sorğu göndərməyimizi bildirib.

***

Sosial şəbəkələrdə şok görüntülər yayılıb.

Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, görüntülərdə Bakıda bir nəfər şəxsin əlində balta ilə hədə-qorxu gəlməsi əks olunub.

O, Bakıda özünü qadın kimi aparan hər kəsi baltalayacağına and içib.

Həmin videonu təqdim edirik:

 

Mənbə: axar.az