Rusların Ukraynadakı ən böyük sursat anbarı partladılıb - VİDEO

Rusların Ukraynadakı ən böyük sursat anbarı partladılıb -  VİDEO<span class="qirmizi"></span>

Ukraynanın Donetsk bölgəsində Rusiyaya məxsus növbəti silah-sursat anbarı partladılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Rusiyanın mühüm silah-sursat anbarı vurulub - VİDEO Sosial şəbəkələrdə yayılan və yerli sakinlərin lentə aldığı görüntülərdə genişmiqyaslı partlayışların baş verdiyi və ətrafa səpilən sursatların ayrı-ayrı yerlərdə də yanğınlar yaratdığı aşkar görünür. Saytlar “Kamaz-Mərkəzi” adlandırılan bu obyektdə əsasən top mərmilərinin partlamasını və onun rusların işğal olunan ərazilərdə ən böyük silah anbarı olmasını yazıblar.

Qeyd edək ki, bir müddət öncə də nəhəng sursat anbarının sıradan çıxarılmasını əks etdirən video yayılmışdı.



Tural Tağıyev

 

Mənbə: azvision.az