Bakıda azyaşlını oğurlayan qadının məhkəməsi başlayır

Bakıda iki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.

Redaktor.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 29-da iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin Sabunçu rayonu ərazisində oğurlanması ilə bağlı rayon Polis İdarəsinə məlumat daxil olub.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2022-ci ilin yanvarın 8-də iki yaşlı uşaq tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Fransa parlamentində hökumətə etimadsızlıq səsverməsi keçirilə bilər

SONRAKI XƏBƏR

Rusiyada həbs edilən amerikalı basketbolçu Baydenə məktub GÖNDƏRDİ