ABŞ-da atəşfəşanlıq zamanı atışma nəticəsində 8 nəfər yaralanıb

ABŞ-da atəşfəşanlıq zamanı atışma nəticəsində 8 nəfər yaralanıb<span class="qirmizi"></span>

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Müstəqillik Günü münasibətilə atəşfəşanlıq zamanı baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

"Report" bu barədə CBS telekanalına istinadən xəbər verir.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hələlik heç bir şübhəli saxlanılmayıb. Polis şübhəlinin axtarışlarını davam etdirir.

Xatırladaq ki, ABŞ-ın Müstəqillik Günü paradı zamanı İllinoys ştatının Haylend Parkında atışma nəticəsində 6 nəfər həlak olub. 26 nəfər xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hadisə yerindən qaça bilib.

Mənbə: report.az