Bakıda partlayış: xəsarət alan qadının vəziyyəti... -FOTO

Bakıda partlayış: xəsarət alan qadının vəziyyəti... -FOTO<span class="qirmizi"></span>

Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.

Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər APA-ya bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.
Ərazidə ekspertiza işləri aparılır.

Mənbə: lent.az