Qasırğa Çinə ciddi ziyan vurdu

Qasırğa Çinə ciddi ziyan vurdu<span class="qirmizi"></span>

Çaba qasırğası Çinə ciddi ziyan vurdu

Lent.az-ın xəbərinə görə, Çaba qasırğası Çinin cənubunda ciddi fəsad törədib.

Güclü küləklə müşayiət olunan leysan Quansi və Quandun əyalətlərində daşqına səbəb olub. Bir neçə şəhərdə evləri və yolları su basıb, nəqliyyatın hərəkəti iflic olub. Meteorologiya xidməti qasırğanın ölkənin mərkəzinə doğru irəliləyəcəyi, daşqınların miqyasının genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ölkə miqyasında anomal istilərlə mübarizə aparan Çinə ötən ay da rekord həcmdə yağıntı düşmüşdü.

Mənbə: lent.az