Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb<span class="qirmizi"></span>

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.

Mənbə: report.az