Bakıda 2 nəfəri avtomobil vurub

Bakıda 2 nəfəri avtomobil vurub<span class="qirmizi"></span>

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Abbasov Malik Əhməd oğlunu və onun həmyaşıdı - İbrahimov Qardaşxan Dəmir oğlunu vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az