Yaponiyada anomal istilər: 14 mindən çox insanı gün vurdu

 

Son həftə ərzində Yaponiyada ən azı 14 300 nəfər gün vurması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə çərşənbə axşamı ölkənin Fövqəladə Hallar Nazirliyinin funksiyalarını yerinə yetirən yanğından mühafizə baş idarəsi məlumat yayıb.

Məlumata görə, cəmi bir həftə ərzində gün vurmaya görə xəstəxanaya yerləşdirilənlərin sayı 3,2 dəfə artıb ki, bu da müvafiq statistikanın aparıldığı bütün zamanlar üçün mütləq rekorddur.

Qeyd edək ki, Yaponiyada ötən həftə son 150 ilin rekord istiləri müşahidə olunub. Tokioda orta sutkalıq temperatur 32 dərəcəni keçib. Ölkənin bəzi bölgələrində termometrlər 40 dərəcədən yuxarı qalxıb.

Ölkədə ən isti hava adətən iyul və avqust aylarına təsadüf edir. Yerli hakimiyyət orqanları ictimaiyyəti papaq taxmağa, daha çox maye içməyə və günəş şüalarından qorunmağa çağırır.

Mənbə: TASS

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

BNA bir milyon manatlıq yeni şübhəli əməliyyata başlayır, öncə quraşdırır, sonra…sövdələşmə...

SONRAKI XƏBƏR

Ərdoğan: “Putin və Zelenskinin yanaşması çox önəmlidir”