Kobra sinif otağına girdi

Kobra sinif otağına girdi<span class="qirmizi"></span>

Hindistanın Qərbi Benqal əyalətinin Burdvan yaxınlığındakı kəndlərindən birində yetkin bir kobra sinif otağına girərək uşaqları qorxudub.

Milli.Az bildirir ki, bu barədə "The Statesman" nəşri məlumat yayıb.

Zəhərli ilan ibadət yerinə toplaşan şagirdlər arasında böyük səs-küyə səbəb olub. Direktor Adjit Das izah edib ki, ilan sinif otağına xarici drenaj sisteminə qoşulmuş çuxurdan daxil olub.

Məktəb rəhbərliyi ilanla bağlı dərhal vəhşi təbiət məsələləri ilə məşğul olan şöbəyə məlumat verib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az