“Qazprom” podratçısının daha bir direktoru ölü tapıldı

“Qazprom” podratçısının daha bir direktoru ölü tapıldı<span class="qirmizi"></span>

Rusiyanın "Qazprom" şirkətinin podratçısı "Astra-Shipping" şirkətinin baş direktoru Yuri Voronov ölü tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Voronov Sankt-Peterburq yaxınlığındakı evinin hovuzunda tapılıb. Onun yanında travmatik tapança aşkar edilib.

İlkin məlumatlara görə, Voronov yaxın məsafədən başından vurulub.

Qeyd edək ki, bu, artıq “Qazprom”la bilavasitə bağlı olan beşinci ölüm hadisəsidir.

Mənbə: axar.az