Rusiyada partizanlar "azğınlaşıb": hərbi komissarlıqlar yanır, qatarlar relsdən çıxır...

Rusiyada partizanlar "azğınlaşıb": hərbi komissarlıqlar yanır, qatarlar relsdən çıxır...<span class="qirmizi"></span>

Rusiyada üzdəniraq "xüsusi əməliyyat" başlanandan hərbi komissarlıqlara ən azı 23 hücum baş verib, onlardan 20-i bilavasitə yanğınla müşayiət edilib.

Həmçinin ötən illə müqayisədə dəmiryol qəzalarının sayı bir dəfə yarım artıb.

Moderator.az xəbər verir ki, bu barədə "İnsayder" nəşri Rusiya KİV-lərinə istinadən yazıb.

Məsələn, 2022-ci ilin mart-iyun aylarında 63 yük qatarı relsdən çıxıb.

Bu zaman vaqon qəzalarının coğrafiyası qərbə tərəf yönəlib, qatarların bir hissəsi hərbi hissələrin yaxınlığında qəzaya uğrayıb.

"Rusiya dəmir yolları" şirkətinin versiyasına görə, qəzaların çox hissəsi dəmir yollarının pis vəziyyətdə olması ilə bağlıdır.

Lakin hakimiyyət dəmir yollarında diversiya hallarının baş verməsi faktlarını inkar edə bilmir.

"İnsayder" müəyyən edib ki, bir neçə gizli qrup-sol anarxistlər və ukraynayönümlü fəallardan tutmuş ultrasağlaradək bir-birindən asılı olmayaraq partizan fəaliyyəti ilə məşğuldur.

Məsələn, mayın sonunda "Ehtiyatlı olun, Moskvadır" saytı FTX-nın "Anarxist-kommunistlərin döyüş təşkilatı" (AKDT) üzvlərini axtarması barədə məlumat yayıb.

Onlar Moskva ətrafındakı Sergiyev Posadada dəmir yollarında diversiya aktı hazırlayıb.

"İnsayder" AKDT-nin nümayəndəsi ilə söhbət edib, o, nəşrə danışıb ki, təşlilatın üzvləri Vladimir vilayətində Kirjaç yaxınılığında yerləşən 55443 saylı hərbi hissəyə aparan qatarları saxlayıb.

Orada Rusiya müdafiə nazirıiyi Baş raket-artilleriya İdarəsinin arsenalı yerləşir.

Anarxistlərin sözlərinə görə, onlar müharibənin əvvəlində Belarus ərazisindən Rusiyanın hərbi müdaxiləsinə səmərəli şəkildə müqavimət göstərən Belarus partizanlarının fəaliyyətindən ruhlanıb.

Mənbə: moderator.az