Şimali Makedoniyada nümayişçilərlə toqquşmalarda 47 polis yaralanıb

Şimali Makedoniyada nümayişçilərlə toqquşmalarda 47 polis yaralanıb<span class="qirmizi"></span>

Şimali Makedoniya Assambleyası (Parlamenti) qarşısında nümayişçilərlə toqquşmalar zamanı 47 polis əməkdaşı yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, paytaxt Skopyedə sayca dördüncü etiraz aksiyasının keçirilməsinə səbəb Fransanın Bolqarıstan və Şimali Makedoniya arasında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq təklifidir.

Etirazçılar isə sənəddə yer aldığı iddia olunan bolqarlara ediləcək güzəştlərlə razılaşmırlar. Onlar hesab edirlər ki, bununla makedoniyalıların milli, mədəni, tarixi, hüquqi maraqları pozulur.

Mənbə: report.az