Yaponiyada istilərə görə 16 min adam xəstəxanalıq oldu - 17 nəfər öldü

Yaponiyada istilərə görə 16 min adam xəstəxanalıq oldu - 17 nəfər öldü<span class="qirmizi"></span>

İyun ayında Yaponiyada son 147 ilin ən yüksək temperaturu səbəbindən 15 657 nəfər xəstəxanaya yerləşdirilib.Yaponiyada yay çox isti keçir. İyun ayında ölkədə günvurma şikayəti ilə xəstəxanaya 15 657 nəfər müraciət edib.

"Unikal" xəbər verir ki, Yanğın və Təbii Fəlakət İdarəsi tərəfindən edilən açıqlamada, keçən ay müşahidə edilən həddindən artıq istilərin 17 nəfərin ölümünə səbəb olduğu bildirilib.

Paytaxt Tokioda keçən həftə temperaturun 36,4 dərəcəyə çatdığı vurğulanan açıqlamada, son 147 ilin ən yüksək temperaturlarının ayın son həftələrində yaşandığı qeyd edilib.

 

Mənbə: www.unikal.org