Təcili yardım xidmətində zənginə cavab vermədilər, 3 NƏFƏRİ ÖLDÜRDÜ

Kopenhagendə cinayət törətməzdən əvvəl kəskin psixi pozğunluq şikayətləri ilə təcili yardım xidmətinə zəng edən şəxsə cavab verən olmayıb.

Milli.Az TASS-a istinadən bildirir ki, bu barədə Danimarka radiosunun efirində danışılıb.

"Biz konkret bir məsələ ilə bağlı şərh vermək istəmirik. Məsləhətimiz tamamilə anonim və məxfidir", - təcili psixiatriya xidməti hadisə ilə bağlı şərh sorğusuna cavab olaraq bildirib.

İyulun 4-də məlum olub ki, Kopenhagen ticarət mərkəzində baş verən atışmada ölənlər arasında Danimarkada daimi yaşayan 47 yaşlı rusiyalı da var. Bundan əlavə, polisin baş müfəttişi Seren Tomassen 17 yaşlı danimarkalı qız və oğlanın öldürüldüyünü bildirib. Dörd nəfər isə yaralanmışdı: iki Danimarka və iki İsveç vətəndaşı.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

27 yaşlı qız gülməkdən ölüm həddinə çatdı

SONRAKI XƏBƏR

Pərvin Abıyeva və deputat Cavid Osmanov sevgilidirlər?