Xəstəxanada DƏHŞƏT: Əvvəlcə həkimi, sonra özünü güllələdi - VİDEO

Xəstəxanada  DƏHŞƏT:  Əvvəlcə həkimi, sonra özünü güllələdi - VİDEO<span class="qirmizi"></span>

Konya Şəhər Xəstəxanasında bir kişi kardiologiya mütəxəssisi Ekrem Karakayanı tapança ilə başından vuraraq yaralayıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, hücum edən şəxs daha sonra eyni tapança ilə başına atəş açaraq intihara cəhd edib. Həkim və hücum edən həyatını itirib.

Məlumata görə, Yunak Dövlət Xəstəxanasında mühafizəçi işləyən 39 yaşlı Hacı Mehmet Akçay saat 14.30 radələrində gəldiyi Konya Şəhər Xəstəxanasının Kardioloji Klinikasında 47 yaşlı kardiologiya mütəxəssisi Ekrem Karakayaya bir-birinin ardınca tapança ilə atəş açıb. Akçay daha sonra silahın lüləsini öz üzərinə dirəyib və tətiyi çəkib.

Mənbə: lent.az