Əsgərlikdə ola ola avtoşluq edən bələdiyyə sədrinin oğlu yenidən həbs edildi

Əsgərlikdə ola ola avtoşluq edən bələdiyyə sədrinin oğlu yenidən həbs edildi<span class="qirmizi"></span>

iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqaninfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Apellyasiya Məhkəməsinin 28.06.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir

Mənbə: www.xeberoxu.az