Qadın metroda uşaq dünyaya gətirib

Qadın metroda uşaq dünyaya gətirib<span class="qirmizi"></span>

Moskva metrosunun "Marksistskaya" stansiyasında uşaq dünyaya gəlib.

Milli.Az bildirir ki, bu barədə Deptrans öz Telegram kanalında məlumat verib.

Gələcək ana metro vaqonunda doğuş sancısı keçirib. Stansiya işçiləri təcili yardım çağırıb və doğuş zamanı qadını digər sərnişinlərdən aralayıb. Həkimlər körpə qız doğulduqdan sonra hadisə yerinə gəliblər.

Hazırda yeni doğulmuş körpə və anası xəstəxanadadır, səhhətləri yaxşı qiymətləndirilir.

"Moskva metrosunun əməkdaşları hətta ən qeyri-adi vəziyyətdə də köməyə gələ bilərlər. Bu gün bunu bir daha sübut etdilər - onlar "Marksistskaya" metrostansiyasında uşağın dünyaya gəlməsinə kömək etdilər. Ailəni qızlarının doğulması münasibətilə təbrik edirəm, körpəyə və anasına cansağlığı arzulayıram", - deyə Deptrans rəhbəri Maksim Liksutov hadisəni şərh edib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az