Goradildə ağaclıq yanır - VİDEO

Goradildə ağaclıq yanır - VİDEO<span class="qirmizi"></span>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Görədil kəndində otluq və ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
İlkin məlumata əsasən, təqribən 3 ha sahədə quru ot, kol-kos və qismən ağaclıq yanır.

Əlavə məlumat veriləcək.

Mənbə: www.unikal.org