Özünü asan polisin FOTOSU (YENİLƏNİB)

Özünü asan polisin  <span class="qirmizi">FOTOSU (YENİLƏNİB)</span>

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asaraq intihar edib.

"Unikal" Fuad Ağayevin fotosunu əldə edib.

Onun Sumqayıt şəhərinin 42-ci məhəllə sakini olduğu deyilir.

***

Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Trend-in məlumatına görə, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin sabiq 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az