Məhkəmədən qaçan "qanuni oğru" tutuldu

Məhkəmədən qaçan "qanuni oğru" tutuldu<span class="qirmizi"></span>

İspan polisi Barselonada qanuni oğru Levan Abuladzeni (Suxumkskiy) tutub.

Bakupost.az xəbər verir ki, Rusiyada axtarışda olan qanuni oğru Ukrayna pasportu ilə ölkədən çıxa bilib.

Rusiya onu beynəlxalq axtarışa verib.

İspaniya milli polisinin məlumatına görə, Rusiya məhkəməsindən qaçan cinayətkar qrup rəhbəri İspaniyaya keçərkən həbs olunub.

O, ölkədə öz təşkilatını anonim idarə etmək istəyirdi.

Qeyd edək ki, Levan öz qəddarlığı ilə avtoritar aləmdə tanınır. O, Rusiyada bir dəfə tutulsa da, məhkəmə zalına gətirilərkən qaça bilmişdi. 1 il idi ki, axtarılırdı.

İspan polisi təhqiqatı gürcü polisləri ilə birgə aparır.

Mənbə: www.bakupost.az