Qusarda traktor yanıb, xəsarət alan var

Qusarda traktor yanıb, xəsarət alan var<span class="qirmizi"></span>

Qusar rayonunun Əcəxur kəndində “T-40” markalı traktorun yanar hissələri və qoşqusuna yığılan 3,7 ton ot bağlaması yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: report.az