Bakı-Quba yolunda dəhşətli qəza - Üç nəfər öldü+VİDEO

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, “Vaz 2106” və “Vaz 2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

BVF-nin icraçı direktoru: “Qlobal iqtisadiyyatda resessiyanı istisna etmək olmaz”

SONRAKI XƏBƏR

Ermənistandan müharibə ANONSU - İrəvan Bakını savaşa TƏHRİK EDİR