Elektrik dirəyinə çıxan şəxsi cərəyan vurub öldürdü

Elektrik dirəyinə çıxan şəxsi  cərəyan vurub öldürdü<span class="qirmizi"></span>

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-nın Şimal bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Pirquluoba kəndində qeydə alınıb.

Kənd sakini,1985-ci il təvəllüdlü Bayev Şahsəddin Güləddin oğlu öz həyətində elektrik xətti dirəyində işləyərkən cərayan vurub.

O hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: lent.az