Pakistanda sel nəticəsində ölənlərin sayı 32-yə çatıb

Pakistanın müxtəlif əyalətlərində dünəndən bəri davam edən leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 32-yə yüksəlib.

"Unikal" xəbər verir ki, leysan yağışlar Pakistanın Bəlucistan, Pəncab və Hayber Paxtunxva əyalətlərində və Gilgit-Baltistan bölgəsində həyata mənfi təsir edib.

Bəlucistanın Ketta şəhərində davam edən yağışların yaratdığı fəlakətlər nəticəsində 20 nəfər həyatını itirib. Kettanın müxtəlif yerlərində onlarla ev dağıdılıb, yüzlərlə ev və biznesə ziyan dəyib.

Gilgit-Baltistan bölgəsində güclü yağışın yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 4 qadın həyatını itirib. Rayonda 200 ev sel və sürüşmə nəticəsində dağılıb.

Pəncab əyalətinin Ravalpindi və Qucranvala şəhərlərində yağıntılar nəticəsində baş verən qəzalarda 4 nəfər ölüb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

SONRAKI XƏBƏR

Bayden Əfqanıstanı xüsusi statusdan məhrum etmək istəyir