Qəzaya düşdü, arvadı ilə birlikdə öldü

Qəzaya düşdü, arvadı ilə birlikdə öldü<span class="qirmizi"></span>

İyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub.

DİN-dən "Unikal"a verilən xəbərə görə, nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: www.unikal.org