28 yaşlı gəlin itkin düşdü, qayınatası axtarır

28 yaşlı gəlin itkin düşdü,  qayınatası axtarır<span class="qirmizi"></span>

Ağcəbədidə gənc qadın itkin düşüb.

Lent.az-ın məlumatına görə, rayonun Qaradolaq kənd sakini 28 yaşlı Qurbanova Mədinə Akif qızı iyunun 22-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qayınatası R. Qurbanov polisə müraciətində bildirib.

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Mənbə: lent.az