Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub

Bakıda məktəb şagirdi dənizdə boğulub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Pirşağı qəsəbəsində yeləşən çimərlikdə qeydə alınıb.

Zəngilan şəhəri, 1 saylı orta məktəbin ikinci sinif şagirdi 7 yaşlı Rəbiyə Məmmədli nənəsi ilə birgə çimərlikdə olarkən dənizdə batıb. Hadisə onun nənəsinin gözləri qarşısında baş verib.

Azyaşlının meyiti çıxarılaraq yaxınlarına təhvil verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qırğızıstanda ölkəmizə qarşı təxribat: Separatçıların filmi nümayiş olunacaq - FOTOFAKT

SONRAKI XƏBƏR

Təhsil Nazirliyi: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"