Balta ilə öldürülən qadının qətli ilə bağlı YENİ DETALLAR

Yardımlı rayonu Ostayır kəndində baş verən hadisənin təfərrüatı bəlli olub.

"Ölkə.Az"ın məlumatına görə, iyunun 6-da axşam saatlarında Məmmədova Gülxar Əhməd qızı işlətdiyi dükanda balta ilə amansızcasına qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Firqət Məstiyev saxalanılıb.

Kənd sakinlərinin saytımıza verdiyi xəbərə görə, hadisəni törədən şəxsin psixi çatışmazlıq problemi olduğu deyilir.

Məlumata görə, həmin şəxs Məmmədova Gülxar Əhməd qızının işlətdiyi dükandan bir neçə dəfə nisyə siqaret almaq istəyib, lakin onun istəyi yerinə yetirilməyib. Nəticədə buna əsəbiləşib və qadının baş nayihəsinə balta zərbəsi endirib. Aldığı balta zərbəsindən Məmmədova Gülxar hadisə yerindəcə dünyasını dəyişib.

Rayon polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb və istintaq araşdırması gedir.

Natiq
Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Qandonduran hadisə: Qız anasının mətbəx bıçaqıyla başını bədənindən ayırdı

SONRAKI XƏBƏR

Meymunçiçəyi ilə bağlı TƏCİLİ TOPLANTI