Türkiyədə sahildə 7 qayıq yanıb

Türkiyədə sahildə 7 qayıq yanıb<span class="qirmizi"></span>

Avcıların Ambarlı məhəlləsindəki sahildə yanğın olub.

Press.az xəbər verir ki, yanğın saat 04:45 radələrində Ambarlı sahilində baş verib.Balıqçı sığınacağında lövbər salan qayıq naməlum səbəbdən alovlanmağa başlayıb. Alov sürətlə digər qayıqlara keçib. Yanan qayıqlardan biri mühərriki işə salınaraq ərazidən çıxarılarkən, qayıqlardakı alov qısa müddətdə böyüyüb. Xəbərdarlıq üzərinə yanğınsöndürmə qrupları dənizdə yanaraq qalan qayıqlara müdaxilə edib. Qayıqlardan 7-si tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı qayıqların bağlandığı estakadaya da ciddi ziyan dəyib.

Kamil Koçakuru adlı gəminin sahibi "Bəziləri balıqçı, bəziləri normal qayıqlardır. Qayıqda yanğını törədən biri var idi. Amma özünü suya atdı. Müdaxilə etdik, amma heç nə edə bilmədik. Mühərriki işə salarkən yanğın baş verib. Adamın yanıb-yanmadığını bilmirik”.

Faktla bağlı araşdırma başlayıb.

Zeynab Hüseyn

Mənbə: press.az