Ağ Evə ildırım düşdü: yaralılar var

Ağ Evə ildırım düşdü: yaralılar var<span class="qirmizi"></span>

ABŞ-da Ağ Ev ilə üzbəüz yerləşən “Lafayette Park” ərazisində ildırım çaxması ölümlə nəticələnib.

"Ölkə.az" xəbər verir ki, iki nəfər - Viskonsin ştatından olan yaşlı cütlük aldığı xəsarətlərdən ölüb.

Yaralanan digər iki qurbanın vəziyyəti barədə isə hələlik məlumat verilmir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer hadisə ilə bağlı açıqlama verib:

 “Lafayette Park”da baş verən insan itkisinə görə kədərlənirik. Yaxınlarını itirən ailələrlə birlikdə yas tutur, həyat uğrunda mübarizəyə davam edənlər üçün dua edirik”.

Mənbə: olke.az