Qaya parçasının düşməsi nəticəsində vəfat edən hərbçimizin FOTOSU

Qaya parçasının düşməsi nəticəsində vəfat edən  hərbçimizin FOTOSU<span class="qirmizi"></span>

 

Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Metbuat.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir.

Tahirin ondan başqa bir qardaşı da var. Şəhidin nəşi sabah Ağstafa rayonununda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Nuray Süleymanova


Mənbə: metbuat.az