Goranboyda zəlzələ oldu

Goranboyda zəlzələ olub.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeralı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə güclü yağışdan sonra sel gəlib

SONRAKI XƏBƏR

Jurnalist Ceyhun Əsgərov xəstəxanaya yerləşdirilib