Yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb

Qəbələ-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Qəbələnin Savalan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Yaralanan dörd nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

SONRAKI XƏBƏR

Con Lennonun Pol Makkartnini tənqid edən məktubu hərraca çıxarılacaq