Qəbələdə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub

Qəbələdə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub<span class="qirmizi"></span>

Ağdaş -Qəbələ yolundakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, onlar "Mercedes"in sürücüsü 1974 cü il təvəllüdkü Gəncə şəhər sakini Elsevər Səfərov, 2006 cı il təvəllüdlü Mingəçevir şəhər sakini Mehriban Səfərova, Mingəçevir şəhər sakinləri- 1979 -cu il təvəllüdlü Yaqub Səfərov,1987-ci il təvəllüdlü Tural Qarayevdir.

Qeyd edək ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Ehtiram Muradov

Mənbə: www.unikal.org