Bakıda kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Ağayev İmran Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna ilə müharibə yeni fazaya qədəm qoyur, döyüşlər cənuba yönəlir... - Britaniya kəşfiyyatı

SONRAKI XƏBƏR

Heç kim Türkiyə və Azərbaycanla münaqişəyə girməyəcək, arenada TƏK QALDIQ - Danielyan