Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 7-də saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini V.Əliyev idarə etdiyi “Audi” markalı avtomobillə Şəki rayon sakini Ceyhun İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Erməni tarixçi: “44 günlük müharibə ilə Azərbaycan məqsədinə nail olub”

SONRAKI XƏBƏR

Erməni kürəkəni olan senator “açarını” necə itirdi – Bakıya təhdid?