Ev iti uşağı öldürdü

Ev iti uşağı öldürdü<span class="qirmizi"></span>

Rusiyada Krasnoyarskda ev iti beş yaşlı uşağı öldürüb.

Milli.Az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.

Mayın 18-i axşam saatlarında it bağsız olanda atası uşağı həyətə buraxıb. Heyvan beş yaşlı uşağa hücum edərək onu yerə yıxıb - azyaşlı baş, boyun, gövdə və əzalarından aldığı xəsarətlərdən ölüb.

Müstəntiqlərin sözlərinə görə, heyvanın hücumu zamanı uşağın anası işdə olub. İti evin ərazisində qoşqusuz saxlayıblar, heç kim ona təlim keçməyib.

Uşağın it saxlayan 50 yaşlı atasına qarşı cinayət işi açılıb.

Mənbə: news.milli.az