15 yaşlı məktəbli qızdan DƏHŞƏTLİ ƏMƏL: anasını ad günündə öldürdü

Rusiyada Novosibirsk vilayətinin Berdsk şəhərində 15 yaşlı məktəbli anasını bıçaqlayaraq öldürüb.

Milli.Az kp.ru-ya istinadən bildirir ki, dəhşətli hadisə qadının ad günündə, iyulun 30-da baş verib.

Yeniyetmənin tanışlarından biri qızın demək olar ki, dostlarının olmadığını, sinifdə "sakit" olduğunu deyib. Bir həmyaşıdının dediyinə görə, cinayətkarın anası yaxşı qadın idi. Bununla belə, sosial media istifadəçilərinin fərqli baxış bucağı var. Onların sözlərinə görə, qadın spirtli içkilərdən sui-istifadə edib və qızı ilə pis davranıb. Şərhçilər əmindirlər ki, yeniyetmə nevroloji xəstəlikdən əziyyət çəkib, ona görə də qətl zamanı o, nə etdiyini tam başa düşə bilməyib.

Qızı belə qorxunc addım atmağa nəyin sövq etdiyi hələlik bəlli deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə adam öldürmə maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır", - RF İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq Komitəsi bildirib.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ - FOTO

SONRAKI XƏBƏR

Dələduzluqda ittiham olunan şəxsə bəraət hökmündən protest verildi