Lənkəranda avtomobil dirəyə çırpıldı: ölənlər var - FOTO

Lənkəranda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində baş verib.

“VAZ 2107” markalı avtomobilin idarəetməndən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisini xilas etmək mümkün olmayıb.

Qəzaya düşənlərin Lənkəran rayonu Səpnəkəran kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Norveçdən Türkiyəyə veriləcək terrorçularla bağlı SKANDAL AÇIQLAMA

SONRAKI XƏBƏR

Dava zamanı kişinin qulağını dişləyib QOPARDI